İtaliya klubundan baş məşqçi ilə yeni müqavilə

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso İtalyano ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir.

İtalyano 2021-ci ilin iyun ayından “Fiorentina”ya rəhbərlik edir. Bu mütəxəssisin rəhbərliyi altında A Seriyasında ötən mövsüm 38 oyuna 62 xal toplamış Florensiya klubu, 20 iştirakçı arasında 7-ci yeri tutub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.