İtaliya klubunda yeni müqavilə

İtaliyanın “Verona” klubu yarımmüdafiəçisi Migel Velozo ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu yeni müqaviləyə əsasən daha bir il sözügedən klubun uğurları üçün çalışacaq. Ötən il “Cenoa”dan “Verona”ya transfer olunan 34 yaşlı futbolçunun əvvəlki müqaviləsi də bir illik idi və müddəti iyunun 30-da başa çatmalı idi.

Portuqaliya yığmasında 50-dən çox oyun keçirmiş Velozo, “Cenoa” və “Verona”dan əvvəl Lissabon “Sportinq”i ilə Kiyev “Dinamo”sunda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button