İtaliya klubunda baş məşqçi istefası

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Stefano Pioliylə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, Piolinin bu gün səhər saatlarında istefa verərək əşyalarını topladığı və klubun bazasını tərk etdiyi bildirilib.

Piolidən boşalan baş məşqçi postuna “Fiorentina”nın gənclərdən ibarət komandasının çalışdırıcısı Emiliano Biqika gətiriləcək. Biqika mövsümün sonuna qədər “Fiorentina”ya başçılıq edəcək.

“Fiorentina” A Seriyasında 31 turdan sonra 39 xalla 10-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button