İtaliya klubundan 12 milyon avroluq transfer

“Bolonya” “Veles Sarsfild”in forvardı Santyaqo Kastronu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İtaliya klubu 19 yaşlı hücumçu üçün qarşı tərəfə 12 milyon avro ödəyib.

Argentinalı hücumçu 2028-ci il iyunun 30-dək “Bolonya”ya məxsus olacaq. 

Kastro “Veles Sarsfild”in yetirməsidir və o, indiyə qədər 64 matçda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button