“İnter” darmadağınla başladı

İtaliya A Seriyasında 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Mövsümün açılış oyununda son çempion “Yuventus” “Parma” səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

“Napoli” isə “Fiorentina” ilə qarşılaşıb. Kifayət qədər maraqlı və məhsuldar alınan oyunun sonunda qələbəni qonaqlar bayram ediblər.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. Səfərdə “Udineze” ilə qarşılaşan “Milan” yeni mövsümə məğlubiyyətlə başlayıb. “Roma” isə doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. “Verona” – “Bolonya” matçı da heç-heçə yekunlaşıb.

“Kalyari” evdə “Breşiya”ya, “Sampdoriya” “Latsio”ya, SPAL da “Atalanta”ya uduzub. “Torino” isə “Sassuolo”nu məğlub yola salıb.

“İnter” isə “Leççe” ilə üz-üzə gəlib və 4 cavabsız qolla qalib gəlib.

İtaliya A Seriyası, 1-ci tur

24 avqust

Parma – Yuventus 0:1
Qol
: Kyellini, 21.

Fiorentina – Napoli 3:4
Qol
: Pulqar, 9-pen. Milenkoviç, 52. Boatenq, 65 – Mertens, 43. İnsinye, 38; 67. Kallexon, 56.

25 avqust

Udineze – Milan 1:0
Qol
: Bekao, 72.

Roma – Cenoa 3:3
Qol
: C.Ündər, 6. Dzeko, 30. Kolarov, 49 – Pinamonti, 16. Krişitoo, 43. Kuame, 70.

Kalyari – Breşiya 0:1
Qol
: Donnarumma, 53-pen.

Sampdoriya – Latsio 0:3
Qol
: İmmobile, 37; 62. Korrea, 56.

SPAL – Atalanta 2:3
Qol
: Di Françesko, 7. Petanya, 27 – Qosens, 34. Muriel, 71; 76.

Torino – Sassuolo 2:1
Qol
: Zaza, 14; 55 – Kaputo, 69.

Verona – Bolonya 1:1
Qol
: Veloso, 37 – Sansone, 15-pen.

26 avqust

İnter – Leççe 4:0
Qol
: Brozoviç, 21. Sensi, 24. Lukaku, 60. Kandreva, 84.