“İstədiyimiz oyunu sərgiləyə bilmədik” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • İlk qələbəmizi qazanmaq istəyirdik. Çalışdıq. Heç də pis başlamamışdıq. İkinci hissədə rəqibin ilk hücumu qol oldu. Futboldur. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, qələbə qazanaq.
  • Matç ərzində hakimlərə iradınız çox olurdu. Buna səbəb nə idi?
  • Hakimlərə o qədər də irad yox idi. Bəzi epizodlar var idi ki, fərqli qərarlar qəbul olunmalı idi. Olur belə şeylər. Kiçik epizodlar idi.
  • Bu gün “Turan Tovuz” qələbəyə layiq idi, yoxsa “Səbail” zəif oynadı?
  • Düşünürəm ki, “Turan Tovuz” yaxşı müdafiə olundu. İstədiyimiz oyunu sərgiləyə bilmirdik. Cinahlarımız o qədər də fəal deyildi.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button