“İstədiyimiz kimi mübarizə aparmadıq” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilmiş “Zirə” ilə oyundan sonra matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

Komanda.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

“Hər şeydən əvvəl azarkeşlərimizə təşəkkür edirəm. Bütün oyunlarda bizə tribunadan dəstək verirlər. Bu, onların komandaya olan sevgisindən irəli gəlir. Matça gəlincə, bu gün tam istədiyimiz kimi mübarizə aparmadıq. Oyun ərzində bəzi vaxtlarda performans aşağı düşdü. Bunun qarşısını almalıyıq. Bu oyunu unudub, gələcək görüşləri fikirləşməliyik. Növbəti turlarda itirdiyimiz xalları qazanmalıyıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button