“Makkabi”nin yeni transferləri “Qarabağ”la oyunu buraxa bilər

İsrailin “Makkabi” klubu Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin yeni transferləri – Luis Hernandes və Aleksandar Peşiç “Qarabağ”la oyunu buraxa bilərlər. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Yorqos Donisin hər iki futbolçunu bu gün meydana buraxmağı planlaşdırmadığı bildirilib.

Bu gün keçiriləcək “Makkabi” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.