“Öz səviyyəmizdə oynasaq, “Mançester Yunayted”i məğlub edə bilərik” – Emeri

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Unay Emeri Avropa Liqasının finalında “Mançester Yunayted”ə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan Emeri, qələbə qazanmaq istədiklərini deyib:

“Özümüzlə qürur duyuruq və son addımı ataraq, finalı qazanmaq istəyirik. Nəticə nə olur olsun, komandamızın inkişaf sürəti yavaşlamayacaq və yolumuza davam edəcəyik.

Avropa Liqası son illərə nisbətən daha da inkişaf edib. İndi burda kuboku qazanmaq üçün mübarizə aparan çox yaxşı komandalar var. Biz də onların sırasındayıq.

“Mançester Yunayted”lə oyunda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Öz səviyyəmizdə oynasaq, “Mançester Yunayted”i məğlub edə bilərik”.

Polşanın Qdansk şəhərində bu gün keçiriləcək “Vilyarreal” – “Mançester Yunayted” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button