Klub prezidenti: “Peres hər zaman pulu və özünü düşünür”

İspaniyanın “Vilyarreal” klubunun prezidenti Fernando Roç Alfonso açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Alfonso, “Real” klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peresi eqoist adlandırıb:

“Peres hər zaman pulu və özünü düşünür. Avropa Super Liqası klubların uğurları üçün deyil, çox qazanması üçündür”.