Torres İspaniyaya qayıdır

İspaniyanın “Sevilya” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Portu”dan Oliver Torreslə razılıq əldə edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Sevilya”nın 24 yaşlı yarımmüdafiəçi üçün “Portu”ya 12 milyon avro təzminat ödəyəcəyi bildirilir.

“Atletiko”nun yetirməsi olan Torres, 2017-ci ildə “Portu”ya transfer olunub. Madrid təmsilçisi Torresin müqaviləsinə qoyduğu xüsusi maddəyə görə, bu transferdən 2,3 milyon avro qazanacaq.

Torresin “Sevilya”ya keçidinin yaxın zamanda açıqlanacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button