Zidan: “Nəticə ədalətli oldu”

İspaniyanın “Real” komandasının baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərə “Çelsi”sinə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Zidan, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“İlk hissədə yaxşı oynamadıq, ancaq ikinci hissədə özümüzü düzəltdik. Nəticə ədalətli oldu. “Çelsi” çox güclü və sona qədər mübarizə aparan komandadır. Gedişatdan məmnunam. Londonda daha yaxşı şeylər etməliyik”.

“Çelsi” – “Real” matçı mayın 5-də, Londonda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button