Ançelotti: “Şerif” tanınmış komanda olmasa da…”

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Şerif”ə (Moldova) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan italyan mütəxəssis, hədəflərinin üç xal qazanmaq olduğunu deyib:

“Çempionlar Liqasında hər oyuna ciddi hazırlaşmaq lazımdır. “Santyaqo Bernabeu”da oynamaq üçün səbirsizlənirik. Çünki bu arenada Çempionlar Liqası ilə bağlı xoş xatirələrimiz var.

“Şerif” Çempionlar Liqasında Zaqreb “Dinamo”sunu məğlub edib. “Şerif” tanınmış komanda olmasa da, yaxşı təşkil edilmiş kollektivdir. Hədəfimiz üç xal qazanmaqdır. Üç xal qrupda vəziyyətimizi bir az yaxşılaşdıracaq”.

Bu gün keçiriləcək “Real” – “Şerif” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button