“Real”da yeni müqavilə – rəsmi

İspaniyanın “Real” klubu futbolçusu Dani Karvahalın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Karvahal 2013-cü ildən “Real”da çıxış edir.