“Real” ingilis futbolçu üçün 85 milyon avro ödəməyə hazırdır

İspaniyanın “Real” klubu Almaniya “Borussiya”sının (Dortmund) futbolçusu Ceydon Sanço ilə maraqlanır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi yayda ingilis yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq. “Real”ın Sanço üçün “Borussiya”ya 85 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Sanço bu mövsüm “Borussiya” ilə 30 oyunda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 100 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button