İspaniya klubunda yeni baş məşqçi

İspaniyanın “Jirona” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis Xuan Karlos Unsue “Jirona”da baş məşqçi postuna təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı çalışdırıcı ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

Unsuenin son iş yeri “Selta” klubu olub.

“Jirona” son mövsümdə La Liqanı 37 xalla 18-ci sırada bitirərək, elitanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button