“Barselona” Kumanla yollarını ayıracaq

İspaniyanın “Barselona” klubunda baş məşqçi Ronald Kumanın gələcəyi bəlli olub.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda niderlandlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Kumanın 99 faiz “Barselona”dan göndəriləcəyi bildirilib.

“Barselona” La Liqada 76 xalla üçüncü sıradadır. Kataloniya təmsilçisinin sona bir tur qalmış çempionluq şansı qalmayıb.