“Barselona” yeni baş məşqçi axtarır

İspaniyanın “Barselona” klubunda baş məşqçi Ronald Kuman istefaya göndərilə bilər.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmiləri artıq niderlandlı mütəxəssisə əvəzləyici axtarmağa başlayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” rəsmiləri komandanın çıxışından razı deyil və problemin həllini baş məşqçini dəyişməkdə görürlər. Onlar Kumanın yerinə uyğun namizədlər axtarmağa başlayıblar.

Kuman 2020-ci ilin avqustundan “Barselona”nı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv hazırda La Liqada 7-ci sıradadır.