“Barselona” Moratanın transferindən vaz keçdi

İspaniyanın “Barselona” klubu “Yuventus”un futbolçusu Alvaro Moratanı transfer etməkdən vaz keçib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Yuventus” Morata üçün “Barselona”dan 40 milyon avro tələb edib. Maliyyə vəziyyəti yaxşı olmayan Kataloniya təmsilçisi ispan hücumçu üçün bu məbləği ödəməyə razı olmayıb.

“Barselona” Moratanı transfer etməkdən vaz keçib və hücumçu axtarışlarını davam etdirəcək.