PSJ-nin futbolçusu “Barselona”ya keçə bilər

İspaniyanın “Barselona” klubu PSJ-nin futbolçusu Yulian Draksleri heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın 28 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlandığı bildirilib.

Kataloniya təmsilçisi PSJ-də az şans qazanan Draksleri heyətinə qatmaq niyyətindədir. Paris klubu alman yarımmüdafiəçini 15 milyon avroya satmağa razıdır.

Draksler bu mövsüm PSJ ilə 14 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button