“Barselona” futbolçusu ilə razılığa gəldi

İspaniyanın “Barselona” klubu futbolçusu Osman Dembelenin müqaviləsinin müddətini artıracaq.

Komanda.az xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Bu barədə ESPN məlumat yayıb. Dembele ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədər olacaq.

23 yaşlı fransalı futbolçu bu mövsüm “Barselona” ilə 30 oyunda 10 qol vurub. Dembelenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button