“Barselona” 2 rumın futbolçunu izləyir

İspaniyanın “Barselona” klubu iki rumıniyalı futbolçunu izləməyə başlayıb.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun skautları Rumıniyanın 1-ci liqa təmsilçisi “Farul”da çıxış edən Enes Salini və “Latsio”nun U-17 komandasında top qovan Matteo Dutunu izləyir.

“Transfermarkt”da dəyəri 200 min avro olan Sali yarımmüdafiəçidir. 15 yaşlı futbolçuyla “Qalatasaray” klubu da maraqlanır. Sali Rumıniyanın U-17 yığmasına dəvət alır.

Dutu isə “Latsio”nun U-17 komandasının kapitanıdır. Müdafiəçi mövqeyində çıxış edən 15 yaşlı futbolçu Rumıniyanın U-17 komandasına da dəvət alır.