“Atletiko” futbolçuların məvaciblərini azaltmaq istəyir

İspaniyanın “Atletiko” klubu futbolçularının məvaciblərini azalda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Madrid klubunun koronavirus pandemiyası səbəbindən futbolda yaranmış fasilə nəticəsində maddi itkilərini minimuma endirmək üçün belə bir addım atmaq istədiyi bildirilib. Rəhbərlik, bu məsələylə bağlı futbolçularla danışıb, razılıq əldə etmək istəyir.

Koronavirus pandemiyası səbəbindən İspaniyada futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınıb.