Hazard ABŞ-a gedir

İspaniya La Liqasının 25-ci turunun “Levante” ilə matçında zədələnən “Real”ın futbolçusu Eden Hazard əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, belçikalı futbolçunun ABŞ-da əməliyyat olunacağı bildirilir.

2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçən Hazard, “kral klubu” ilə La Liqada bu mövsüm 10 oyunda iştirak edib və 1 qol vurub.

“Levante” – “Real” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatmışdı.