İslamiada: Azərbaycan millisi darmadağınla qalib gəldi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb.

Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.

Xatırladaq ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button