İslamiada: Azərbaycan yığmasının yarımfinaldakı rəqibi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, yığmamız finala gedən yolda A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.

Digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.