Premyer Liqa matçının canlı yayımı dəfələrlə dayandırıldı – qadın hakimə görə

İranın dövlət telekanalı İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Tottenhem” – “Mançester Yunayted” matçının canlı yayımını yüz dəfədən çox dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, yayım rejissorlarının qarşılaşmanın yan xətt hakimi olan qadın Sian Messi-Ellisin ayaqlarının efirdə görünməməsi üçün belə etdiyi bildirilib. Rejissorlar qadın hakimin efirdə görünməməsi üçün yayıma stadionun planını veriblər.

“Tottenhem” – “Mançester Yunayted” matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.