İnzaqi seçim qarşısında: “Milan”, yoxsa…?

“Milan”da mövsümün sonunda baş məşqçi Cennaro Qattuzo ilə yolların ayrılacağı gözlənilir.

Komanda.az xəbər verir ki, “Milan” rəhbərliyi Qattuzonun yerinə Simone İnzaqini gətirmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hazırda “Latsio”nu çalışdıran İnzaqi ilə “Yuventus” da yaxından maraqlanır. Ancaq 43 yaşlı mütəxəssisin “Milan”ı çalışdırmağa müsbət yanaşdığı bildirilir.

2016-cı ildən “Latsio”nu çalışdıran İnzaqi, bu mövsüm İtaliya kubokunu qazanıb.