“İnter” Jirudan vaz keçir?

“İnter”in “Çelsi”dən Olivye Jiru ilə danışıqlar apardığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “neradzurra” fransız hücumçunun transferindən imtina edə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“İnter” Jiru ilə illik məvacib məsələsində razılaşa bilmir. 33 yaşlı hücumçu italyanlardan 8 milyon avro tələb edir. Ancaq “İnter” bu məbləği ödəmək niyyətində deyil. Tərəflər arasında danışıqlar davam edir.

2018-ci ildən “Çelsi”nin formasını geyinən fransalı futbolçu, bu mövsüm London klubu ilə 6 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button