İnzaqi “İnter”i tərk edə bilər

“İnter”in baş məşqçisi Simone İnzaqi yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, italyan mütəxəssislə İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Atletiko” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“İnter” rəhbərliyi İnzaqini buraxmaq niyyətində deyil. “Neradzurra” 45 yaşlı mütəxəssisin sözləşməsini yeniləmək istəyir.

İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button