“Daha yaxşı nəticəyə layiq idik” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 12-ci turunda “Milan”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, İnzaqi, 1:1 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Qol imkanlarımız çox idi. Lakin qələbə qolunu vura bilmədik. Düşünürəm ki, daha yaxşı nəticəyə layiq idik.

Çempionluğa layiq olan güclü bir komandayla qarşılaşdıq. Biz də irəliləyirik və daha yaxşı ola bilərik. Bunun üçün vaxtımız var. “Yuventus” və “Milan”la heç-heçə etdik. Baxmayaraq ki, hər iki oyunda qələbəyə layiq idik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button