“Komandam tərifə layiqdir” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 23-cü turunda “Milan”ı məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Konte, 3:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Komandam tərifə layiqdir. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım meydanda qəhrəmanlıq göstərdilər. Hər iki tərəfin yüksək təzyiqi ilə keçən derbi oldu. Oyuna yaxşı hazırlaşmışdıq və bəhrəsini gördük. Yaxşı bir komandaya qarşı əlimizə düşən fürsətlərdən istifadə etdik və qələbə qazandıq”.