“Düzü, “İnter”dən daha çox şey gözləyirdim” – İbrahimoviç

İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “İnter”ə 2:4 hesabı ilə məğlub olan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç matçdan sonra açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçli hücumçu, qalib gəlmək üçün təcrübənin çatmadığını bildirib:

“Nə baş verdiyini izah etmək çətindir. İlk hissədən sonra bilirdik ki, fasilədən sonrakı 15 dəqiqə çətin olacaq və biz həmin vaxt iki qol buraxdıq. Öz oyunumuzu göstərə bilmədik, komanda özünəinamı itirdi və çoxlu səhvlər etdik. Düşünürəm ki, hesabın belə olması təcrübə ilə bağlıdır. Təcrübəmiz çatmadı. Çünki hesabda 2:0 irəlidə olarkən, oyunu necə idarə edəcəyini bilmək lazımdır. İlk hissədə mükəmməl idik.

Düzü, “İnter”dən daha çox şey gözləyirdim. İlk hissədəki oyunları ikinci yerə layiq komandanın performansı kimi təsir bağışlamadı. Səhvlərimizi təhlil etməli və onları bir daha təkrarlamamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button