
“İnter” Argentina millisinin üzvü üçün danışıq aparıb
“İnter” “Tottenhem”in və Argentina millisinin müdafiəçisi Kristian Romeronu heyətinə qatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında mümkün transferlə bağlı danışıqlar aparılıb. Milan təmsilçisinin rəhbərliyi 28 yaşlı futbolçunun keçidi üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.
Romero 2022-ci ilin avqustundan “Tottenhem”in formasını geyinir. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
“Transfermarkt” portalı argentinalı müdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



