“İnter” italiyalı futbolçuya qiymət qoyub

“İnter” yarımmüdafiəçisi Davide Frattesinin mümkün transferi ilə bağlı mövqeyini açıqlayıb.

26 yaşlı futbolçunun xidmətində “Yuventus”un maraqlı olduğu bir müddətdir mətbuatda yazılır və bu məlumatlar artıq rəsmi mənbələr tərəfindən də təsdiqlənir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Turin klubu Frattesini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. “İnter” isə bu məsələdə qəti mövqe tutur: yarımmüdafiəçini transfer etmək istəyən klub təxminən 30 milyon avro ödəməlidir.

İtaliyalı futbolçu ilə maraqlanan klublar sırasında “Roma”, “Napoli”, eləcə də İngiltərə Premyer Liqasından bir neçə komandanın adı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button