“İnter Mayami”nin baş məşqçisi: “Messi fiziki cəhətdən özünü yaxşı hiss edir”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino MLS-in “Real Solt Leyk”lə matçından (2:0) sonra argentinalı hücumçu Lionel Messinin fiziki vəziyyətini şərh edib.

Komanda.az MLS-in rəsmi saytına istinadən xəbər verir ki, o, argentinalı futbolçunun fiziki durumunun yaxşı olduğunu bildirib:

“Aydındır ki, Messi yaxşı işləyir, motivasiyalıdır və bu məni xoşbəxt edir. Messi fiziki cəhətdən özünü yaxşı hiss edir”.

Amerikanın Fort Lauderdeyl şəhərində “İnter Mayami” ilə “Real Solt Leyk” arasında MLS-in yeni müntəzəm mövsümünün açılış matçı keçirilib və oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 39-cu dəqiqədə Robert Teylor və 83-cü dəqiqədə Dieqo Qomez vurub. Lionel Messi və Luis Suaresin məhsuldar ötürmələri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button