“İnter” kanadalı futbolçu ilə razılığa gəlib

“Brügge”nin vingeri Tacon Byukenen karyerasını “İnter”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” Kanada millisinin futbolçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək. Byukenenin özü ilə şəxsi müqavilənin şərtlərinin daha əvvəl razılaşdırıldığı bildirilir.

24 yaşlı futbolçu çərşənbə günü Milana uçacaq və cümə axşamı tibbi müayinədən keçəcək.

2023/24 mövsümündə Byukenen “Brügge”də 20 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button