“İnter” Dumfrisə əvəzləyici tapıb

“İnter” müdafiəçi Denzel Dumfrisə əvəzləyici tapıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Çelsi” Milan klubunun futbolçusu ilə maraqlandığı üçün, “İnter” də öz növbəsində “Real”ın futbolçusu Alvaro Odriosolanı “qaralayıb”.

Madriddə 26 yaşlı müdafiəçinin daimi oyun praktikası yoxdur. Ötən mövsüm o, icarə əsasında “Fiorentina”da çıxış edib. Odriosola İtaliya klubunda 27 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib

Odriosolanın “Real”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.