“İnter” çempionluq üçün sonadək mübarizə aparacaq, amma…” – Pirlo

İtaliyanın “Yuventus” klubunun sabiq futbolçusu Andrea Pirlo “İnter”in məşqçisi Antonio Konte ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kontenin “İnter”də gördüyü işlər haqqında danışan 40 yaşlı sabiq futbolçu, bunları deyib:

“Konte həmişə ən yaxşısını etmək üçün düşünə biləcəyinizdən də çox çalışır. O, hər zaman qələbəyə köklənir, buna görə də, məğlubiyyətdən sonra onunla danışmağa cəsarət edə bilmirsən. Konte indiyədək işlədiyim ən yaxşı məşqçidir. Onun sayəsində məşqçi olmaq barədə düşünməyə başladım.

“İnter” Konte sayəsində uğur qazanmağa başladı. O, “Yuventus”la xal fərqini azaltdı, klub da onun fikirlərinə uyğun futbolçular cəlb etdi. “İnter” çempionluq üçün sonadək mübarizə aparacaq, amma favorit “Yuventus”dur. Çünki onlarda yüksək səviyyəli futbolçular var”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button