“İnter” bizim səhvimizdən istifadə etdi” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə oyununda məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının oyun zamanı bir çox səhvlərə yol verdiyini söyləyib:

“Çox yaxşı oynadıq. Məqsədimizə yaxın idik. “İnter”in hücumunu çox yaxşı dəf etdik. Nəticədə, əks-hücumlarda top itirdiyimiz çoxsaylı epizodlardan rəqib yararlandı, bundan sonra özləri şanslar yaratdılar. Bu gün “İnter” bizim səhvimizdən istifadə etdi”.

Komandalar arasında cavab oyunu martın 13-də Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button