“İnter” türk əsilli futbolçu üçün danışıqlara başladı

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, “İnter” türk əsilli almaniyalı futbolçunu transfer etməyə yaxındır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in İlkayın meneceriylə görüşdüyü və ilkin razılığın əldə edildiyi bildirilib.

2016-cı ildən “Mançester Siti”də forma geyinən İlkayın müqaviləsinin müddəti 2020-ci ilin yayında bitir. Almaniya millisinin də şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi, bu mövsüm Premyer Liqada 29 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button