“İnşallah, üçqat Avropa çempionu olaram” – Azərbaycanlı güləşçi

Azərbaycanlı güləşçi Nihat Məmmədlinin (60 kq) hədəfi üçqat Avropa çempionu olmaqdır.

Komanda.az xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasına açıqlamasında deyib.

Yunan-Roma güləşi üzrə millinin üzvü Tiranada iştirak etdiyi reytinq turniri ilə bağlı təəssüratlarını bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə, çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başabaş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur”.

O, qarşıdakı hədəflərdən danışıb:

“Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul qitə birinciliyi öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, üçqat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəyəm. Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun ki, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button