
“Liverpul” “Bayern”in təklifini rədd etdi
“Bayern”in “Liverpul”un vingeri Luis Diasla bağlı rəsmi danışıqlara başlamaq cəhdi uğursuz alınıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” Münhen klubunun sorğusunu rədd edib.
Mersisaydlılar “Bayern”in idman direktoru Maks Eberlə bildiriblər ki, kolumbiyalı futbolçunun transferi ilə bağlı heç bir müzakirəyə qoşulmaq niyyətində deyillər. Qarşı tərəfin ötən gecə etdiyi müraciətdən dərhal sonra klublar arasında əlaqə tamamilə dayandırılıb.
28 yaşlı futbolçu 2024/25 mövsümündə Premyer Liqada 36 oyuna çıxıb və 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



