“İngiltərəyə qayıtmaq planlarımda yoxdur” – Koutinyo

İspaniya La Liqasının son turunda “Atletiko”ya 2:0 hesabı ilə qalib gələn “Barselona”nın futbolçusu Filippe Koutinyo açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, Kataloniya klubunda xoşbəxt olduğunu deyib:

“İndi yalnız “Barselona” üçün oynayıram. İngiltərəyə qayıtmaq planlarımda yoxdur. Artıq “Barselona”da keçirdiyim ikinci mövsümümdür. Hər zaman iddialı, tələbkar futbolçu olmuşam. Burda xoşbəxtəm. Bilirəm ki, “Barselona” İspaniyanın ən yaxşı klubudur”.

26 yaşlı futbolçu ilə “Çelsi” və “Mançester Yunayted”in maraqlandığı deyilir.

Koutinyo bu mövsüm “Barselona”da keçirdiyi 29 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button