Daha bir futbolçu “Barselona”nı tərk edə bilər

İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın futbolçusu Antuan Qrizmannla maraqlanır.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb. “Mançester Yunayted”in yaxın zamanda Qrizmann üçün “Barselona” ilə danışıqlara başlayacağı bildirilir.

“Barselona” maliyyə problemlərini həll etmək üçün yaxşı təklif qarşılığında 30 yaşlı futbolçunu satmağa razıdır.

2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçən Qrizmann, Kataloniya təmsilçisində ötən mövsüm 51 oyunda 20 qol vurub, 13 məhsuldar ötürmə edib.

“Barselona” maliyyə feyr-pleyi qaydalarına görə kapitanı Lionel Messi ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button