İngiltərənin 2 klubu Avropa Super Liqasından çıxa bilər!

İngiltərənin iki klubu yeni yaradılan Avropa Super Liqasından çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə ingilis jurnalist Oliver Holt özünün “tvitter” hesabında məlumat yayıb. O, artıq İngiltərənin iki klubunun turnirdən çıxmağa yaxın olduğunu bildirib.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button