Ançelotti – İbrahimoviç

İngiltərənin “Everton” klubu Zlatan İbrahimoviçi transfer etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yenidən İngiltərəyə qayıtmaq fikrinə müsbət yanaşır. İbrahimoviçin Karlo Ançelottinin “Everton”a baş məşqçi təyin olunacağı halda, Mersisayd təmsilçisinə keçə biləcəyi iddia olunur.

İbrahimoviç “Everton”la yanaşı, İtaliya klublarının da marağındadır. İsveçli futbolçu “Milan”la da danışıqlar aparır.

İbrahimoviç daha əvvəl İngiltərədə “Mançester Yunayted”də forma geyinib.

Ançelotti “Everton”la danışıqlar aparmaq üçün İngiltərəyə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button