“Yuventus” yetirməsini 40 milyona satır

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Yuventus”dan Moyze Kini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Everton”un “Yuventus”la razılığa gəldiyi və 19 yaşlı hücumçu üçün 40 milyon avro ödəyəcəyi bildirilir. Transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

“Yuventus”un yetirməsi olan Kinin Turin təmsilçisi ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button