Tuxel “Çelsi” rəhbərliyindən onun transfer edilməsini istədi

İngiltərənin “Çelsi” klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, “zadəganlar” İspaniya “Real”ının futbolçusu Rafael Varanı transfer etmək istəyir. Bu barədə alman jurnalist Kristian Falk özünün “tvitter” hesabında məlumat yayıb. “Çelsi”nin baş məşqçisi Tomas Tuxel rəhbərlikdən fransız müdafiəçinin transfer edilməsini istəyib.

2011-ci ildən “Real”da çıxış edən Varanın müqaviləsi 2022-ci ilin yayına qədərdir. 27 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button