Qadın hakimi təhqir edən 2 yeniyetmə həbs edilib

İngiltərə polisi Çempionşipin “Birmingem” – “Şeffild Uensdey” matçında (2:1) qadın hakim Rebekka Uelçə qarşı təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinən 17 yaşlı iki gənci həbs edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hazırda hər iki yeniyetmə həbsdədir. Onların hərəkətləri ilkin olaraq ictimai asayişin pozulması kimi qiymətləndirilib. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam edir.

Uelç bundan əvvəl Premyer Liqanın “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim kimi iş başında olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button